Çində ictimai nəqliyyatda karantin yerləri yaradılır

Çində ictimai nəqliyyatda karantin yerləri yaradılır
11:12 9 Fevral 2020
76 Digər
Ölkə mətbuatı
A- A+

Çində yüzlərlə insanın həyatına son qoyan epidemiya ilə əlaqədar ictimai nəqliyyatda karantin yerləri yaradılır. 
"Report" "Anadolu"ya istinadən xəbər verir ki, Pekin şəhər bələdiyyəsi də otel, restoran, supermarket, əyləncə mərkəzləri, nəqliyyat və digər ictimai yerlərdə maska taxılmasnın zəruri olduğunu açıqlayıb.
Maskadan istifadə etmək istəməyən şəxslərə əvvəlcə xəbərdarlıq olunacaq, israr edəcəkləri təqdirdə isə həbs olunacaqlar. 
Eyni zamanda Çində, xüsusilə Hebey əyalətində ehtiyac böyük olduğundan şirkətlər maska da daxil olmaqla istehsal etdikləri tibbi ləvazimatlara bu bölgəyə yönləndirirlər. Hazırda Pekin kimi böyük şəhərlərdə əczanələrdə maskalar çatışmır. 
Xatırladaq ki, 2019-cu il dekabrın 12-də Çinin Uhan şəhərində kütləvi şəkildə yayılan epidemiya nəticəsində ölkədə 813 nəfər ölüb, 37 198 nəfər isə virusa yoluxub. Onlardan 6 188 nəfərinin vəziyyəti ağırdır. Bundan başqa, 28 942 nəfərin koronavirusa yoluxmaqda şübhəli sayılır, daha 188 183 insan isə müşahidə altındadır. Eyni zamanda 2 656 yeni yoluxma faktı qeydə alınıb. Bu səbəbdən bir çox ölkə Çindən və epidemiyanın yayıldığı vilayətdən vətəndaşlarını təxliyə edib. Ümumiyyətlə, virus Çin də daxil olmaqla 28 ölkədə aşkarlanıb. Artıq Çin Milli Səhiyyə Komitəsi isə kod adı 2019nCoV virusu olan "Yeni koronavirus pnevmaniyası" (NCP) adlandırıb. ÜST isə epidemiyanın yayılması ilə əlaqədar beynəlxalq səviyyəli fövqəladə vəziyyət elan edib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cinde-ictimai-neqliyyatda-karantin-yerleri-yaradilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR