ABŞ əks-kəşfiyyatı: Rusiya və Çin əsas təhdid mənbələridir

ABŞ əks-kəşfiyyatı: Rusiya və Çin əsas təhdid mənbələridir
10:32 11 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ əks-kəşfiyyatının 2020-2022-ci illər üzrə yeni strategiyasında Rusiya və Çin əsas təhdid mənbələri kimi göstərilib.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Milli Əks-Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin açıqlanan sənədində bildirilib.
“ABŞ-ı nişanlamış oyunçuların sayı artır. Rusiya və Çin bütün dünyada fəaliyyət göstərirlər, öz milli güclərinin bütün alətlərini ABŞ-a qarşı istifadə edirlər və müasir kəşfiyyat imkanlarının geniş spektrinə sahibdirlər”, - sənəddə vurğulanıb.
Mərkəzin elan etdiyi digər təhdid mənbələri arasında Kuba, İran, Şimali Koreya, “Hizbullah” hərəkatı, İŞİD və “Əl-Qaidə” terror təşkilatları, transmilli kriminal təşkilatlar və s. var.   

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-eks-kesfiyyati-rusiya-ve-cin-esas-tehdid-menbeleridir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR