“Report” xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib.
Lakin, onun əsas rəqibi Avropa aviaistehsalçısı “Airbus” şirkəti, ticarət təyyarələrinin tədarükü üçün 274 yeni sifariş alıb.
2019-cu ildə Amerikanın “Boeing” şirkətinin xalis zərəri 636 milyon dollar təşkil edib. 2018-ci ildə isə şirkətin gəliri 10,46 milyard dollar olub.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Cakarta yaxınlığında “Boeing 737 Max” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 189 nəfər, 2019-cu ilin mart ayında Efiopiyanın Debre Zeit şəhəri yaxınlığındakı qəza nəticəsində isə 157 nəfər həlak olmuşdu.
Bu hadisələrdən sonra 20-dək ölkə sözügedən tipli təyyarələrin öz hava məkanında uçuşuna qadağa qoymuş, bir çox hava şirkətləri də onların istismarını dayandırmışdı. Araşdırmalar zamanı Manevretmə Xarakteristikaları Artırma Sisteminin (MCAS) fəaliyyətində qüsurlar aşkar edilmişdi.