Drezden bombardımanından 75 il keçir: 25 dəqiqədə atılan 2 min ton bomba və 150 min ölü

Drezden bombardımanı tarixdə Almaniyanın Drezden şəhərinin 13-15 fevral 1945-ci il tarixlərində ABŞ Hava Qüvvələri və Britaniya Hava Qüvvələri tərəfindən bombalanmasına verilən addır.

Metbuat.az xəbər verir ki, bu hücum 2-ci Dünya müharibəsinin ən mübahisəli hadisələrindən biri hesab olunur. Bombardıman nəticəsində Drezden şəhəri sadəcə dəqiqələr içində qorxunc bir yerə çevrildi. Hirosima və Naqasakidən böyük olmasa da, bu bombardıman Avropa tarixinin ən böyük qırğını kimi yadda qaldı.

Bombardımann fərqli cəhəti isə istifadə edilən bomba növü idi. Belə ki, Drezdenə atılan bombala arasında fosfor bombası da vardı. Hadisədən sonra yaxınlıqdakılara yardıma gələn insanlar cəsədlərin yanaraq kül olduğuna şahidlik etmişdilər ki, bu da fosfor bombasının göztəricisi idi.

13-15 fevral tarixlərində ABŞ və Britaniya ordularının etdikləri hücumlarda 2 min ton bombanın istifadə edildiyi bildirilir ki, bunların da böyük qismini fosfor qatqılı kimyəvi silahlar təşkil edirdi.

2010-cu ildə hazırlanan bir araşdırmada Drezdendə ən azı 25 min sivil şəxsin öldüyü qeyd edilmişdir. Bəzi mənbələrə görə, bu rəqəm 35 min ilə 150 min arasında dəyişə bilir. Bombardıman nəticəsində, şəhərdəki 28 min 410 binadan 24 min 866-sı yox olmuşdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR