İtaliya futbolu VAR-la bağlı dəyişikliyə hazırlaşır

İtaliya futbolu VAR-la bağlı dəyişikliyə hazırlaşır
14:57 14 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

İtaliya Futbol Federasiyası videotəkrar (VAR) sistemi ilə bağlı dəyişikliyə hazırlaşır.
"Report" un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, federasiya çoxsaylı müraciətləri nəzərə alaraq, sistemin daha da təkmilləşdirilməsini istəyir.
Gələcəkdə A Seriyası təmsilçilərinə hər hansı mübahisəli epizod zamanı videotəkrarın yenidən araşdırılmasını tələb etmək icazəsi verilə bilər. Ancaq bu imkandan oyun ərzində yalnız bir dəfə yararlanmaq mümkün olacaq. 
Federasiya rəhbərliyi ümid edir ki, bu dəyişiklik meydandakı komandalar arasında hər hansı mübahisəli məqamla bağlı fikir ayrılıqlarını həll edə və çempionatın imicini yaxşılaşdıra bilər. 
Qurumun artıq bu dəyişikliyi sınaqdan keçirmək üçün FİFA-dan qeyri-rəsmi icazə aldığı qeyd olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/bu-barede-qurumun-resmi-saytinda-melumat-paylasilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR