"Neftçi" və "Sabah" klubları cərimələndi

"Neftçi" və "Sabah" klubları cərimələndi
13:12 18 Fevral 2020
74 Digər
Ölkə mətbuatı
A- A+

AFFA İntizam Komitəsi "Neftçi" və "Sabah" klublarını cəzalandırıb. 
"Report"un məlumatına görə, paytaxt təmsilçilərini öz futbolçuları ziyana salıb. 
"Neftçi" "Keşlə" ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında 5 oyunçusunun sarı vərəqə alması səbəbindən 800 manat cəriməyə məruz qalıb. Eyni məbləğdə cəriməni "Sabah" "Sumqayıt"la qarşılaşmada 4 futbolçusunun sarı vərəqə alması üzündən ödəməli olacaq.  
Qeyd edək ki, "Neftçi" evdə "Keşlə"ni 3:1, "Sabah" isə "Sumqayıt"ı səfərdə 2:1 hesabı ilə yenib. 

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/neftci-ve-sabah-klublari-cerimelendi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR