İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...

İranla bağlı ŞOK ARAŞDIRMA: Əhalinin 93 faizi...
19:03 18 Fevral 2020
95 Digər
Ölkə mətbuatı
A- A+

İranda 21 fevral - cümə günü parlament seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, xalqın səsverməsi əsasında ölkə tarixinin 11-ci parlamenti formalaşdırılacaq.

Tehran Universiteti Sosial Araşdırmalar Mərkəzinin sədri Əhməd Nadiri verdiyi açıqlamada paytaxtda aparılan anket sorğusuna görə, xalqın 93%-nin hökumətin idarəetməsindən məmnun olmadığını və 76%-nin səsvermədə iştirak etməyi düşünmədiyini bildirib.

İranda muhafizəkar qanada yaxınlığı ilə tanınan Konstitusiyanı Qoruyanlar Şurasının seçkilərdə islahatçı namizədləri ələməsi tənqidlərə səbəb olub.

Ölkədəki iqtisadi və idarəetmə sahəsindəki problemlərlə bərabər son dövrlərdə yaşanan bəzi hadisələr xalq ilə rejim arasında dərin uçurum yaradıb. 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasından sonra baş qaldıran etiraz aksiyalarında güc strukturlarının müdaxiləsi ilə yüzlərlə insanın dünyasını dəyişməsi və bu məsələdə hələ də rəsmi açıqlama verilməməsi, yanvar ayında İran İnqilab Keşikçiləri Korpusunun Ukraynaya aid sərnişin təyyarəsini raketlə vurmasının 3 gün ictimaiyyətdən gizlədilməsi toplumda ciddi narahatlığa səbəb olub.

İrandan kənardakı rejim müxalifləri son günlərdə yayımladıqları elanlar və “səs vermirik”, “qanlı barmaq” kimi tvitter haştaqları ilə seçkiləri boykot edir.

İranın dini lideri Ayətullah Əli Xamenei isə paytaxt Tehranda əhaliyə müraciət edərək onları seçkilərə dəvət edib. O, inqilab, İslami idarəetmə və İranı sevən hər kəsin seçkilərə qatılmasını istəyib. ABŞ-ın İranda rejimlə xalqın arasını vurmağa çalışdığını dilə gətirən dini lider seçkiləri genişmiqyaslı cihad adlandırıb: “Xalq seçkiyə nə qədər çox gedərsə, parlament o qədər güclü olar. Dostun da, düşmənin də gözü buradadır. Düşmən bu qədər təxribatın və iqtisadi təzyiqin xalqın üzərindəki təsirinin necə olduğunu görmək istəyir”.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/305371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR