Nigar Nərimanbəyovanın əsərləri Parisdə nümayiş olunur

Nigar Nərimanbəyovanın əsərləri Parisdə nümayiş olunur
05:17 20 Fevral 2020
139 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı rəssam Nigar Nərimanbəyovanın əsərləri Fransanın paytaxtı Parisdə Rus Ortodoks Mədəniyyət Mərkəzində keçirilən “Esprit de Rencontre” (Görüş Ruhu - red.) sərgisində nümayiş olunur.
“Report”un yerli bürosu xəbər verir ki, sərgidə yalnız Fransalı Rəssamlar Cəmiyyəti tərəfindən seçilərək Parisin məşhur “Grand Pale” (Böyük Saray - red.) da “Art Capital” salonunda nümayiş olunmuş 10 rəssamın əsərləri yer alıb.


Sərgidə Azərbaycanlı rəssamın iki əl işi - “Fantaziya” və “Xeyir-dua” əsərləri nümayiş olunur. “Stella Art International” tərəfindən təşkil olunmuş sərgi martın 13-dək davam edəcək.
Nərimanbəyova Nigar Vidadi qızı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, Azərbaycan Rəssamlıq Akademiyasını və Moskvada S.A.Gerasimov adına Rusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib.


Tanınmış rəssam Fransa, Almaniya, Avstriya, Azərbaycan və digər ölkələrdə beynəlxalq sərgilərdə iştirak edib. O, Azərbaycan Rəssamlar İttifaqının və Beynəlxalq İncəsənət Assosiasiyasının üzvüdür. Rəssamın şəkilləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin fondunda, Azərbaycan Milli İncəsənət Muzeyində və şəxsi kolleksiyalarda yer alıb.

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/nigar-nerimanbeyovanin-eserleri-parisde-numayis-olunur-foto

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR