PSJ-nin prezidentinə RÜŞVƏT İTTİHAMI

PSJ-nin prezidentinə RÜŞVƏT İTTİHAMI
22:33 20 Fevral 2020
304 İdman
Ölkə mətbuatı
A- A+

İsveçrə Baş Prokurorluğu PSJ-nin prezidenti və "BeIN Media Group"un sahibi Nasser Əl-Xəlafini korrupsiya cinayətində ittiham edib.

Publika.az xəbər verir ki, qətərli iş adamının FİFA-nın keçmiş baş katibi Jerom Valkeninə rüşvət verdiyi bildirilib.

İsveçrə Baş Prokurorluğu hesab edir ki, J. Valke rüşvət qarşılığında 2013 - 2015-ci illərdə FİFA-dakı vəzifəsindən sui-istifadə edərək, 2018, 2022, 2026 və 2030-cü ildəki dünya çempionatının oyunlarının yayımlamaq hüququnu "BeIN Media Group"un əldə etməsinə köməklik göstərib. Keçmiş baş katibin bunun müqabilində 1,25 milyon avro rüşvət aldığı iddia olunur.

Prokurorluğun bildirdiyinə görə, N.Əl-Xəlaifi teleyayım hüquqlarına yiyələnmək üçün Valkeyə Sardiniyada villa hədiyyə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/305612.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR