Huawei P40 koronavirus səddi ilə rastlaşacaq?

Huawei P40 koronavirus səddi ilə rastlaşacaq?
23:42 20 Fevral 2020
Ölkə mətbuatı
A- A+

Koronavirus epidemiyasından dolayı Mobil Dünya Konqresi-2020-nin (MWC-2020) ləğv edilməsi gündəmə bomba kimi düşüb.

Milli.Az ted.az-a istinadən bildirir ki, sözügedən qərar texnologiya şirkətlərinin təqdimat planlarının suya düşməsinə səbəb olub. Huawei də bu şirkətlər siyahısındadır. Belə ki, sərgidə Huawei P40 smartfonunun təqdimatı gözlənilirdi. Bundan başqa, şirkət idarəçiləri Mate X adlı qatlanan telefon, "ağıllı" geyimlər, eləcə də əşyaların interneti və başqa məhsulları barədə strategiyanı açıqlayacaqdılar.

Konqres ləğv edildiyi üçün Huawei-nin MWC-2020 üçün nəzərdə tutulan bütün yenilikləri martın 26-na planlaşdırılan P40 seriyasının təqdimatında açıqlayacağı gözlənilir.

Huawei-nin P və Mate seriiyalarını da Çinin xaricində təqdim etdiyini bilirik. Ancaq bu günlərdə əksər ölkələrdə çinli turistlər üçün bəzi məhdudiyyətlər nəzərdə tutulur. Bu vəziyyət davam edərsə, Huawei P40 koronavirus maneəsi ilə rastlaşan modellərdən biri olacaq.

Qeyd edək ki, bu barədə şirkətdən hansısa açıqlama verilməyib. Təxminlər təqdimatın gecikəcəyini, yaxud onlayın həyata keçiriləcəyini göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/826946.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR