"Hoffenhaym"ın futbolçusu Azərbaycan millisinə çağırıldı
Paylaş
96 baxış·1 dəq oxu
Fevralın 22-də Bakıda 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının təlim-məşq toplanışı başlayacaq. "Report"un məlumatına görə, millinin baş məşqçisi Samir Əliyev 7 gün davam edəcək hazırlıq prosesinə 23 futbolçu çağırıb. Siyahıda Almaniyanın "Hoffenhaym" klubunun futbolçusu Kaan Özkaya da var.