BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı

BMT on ildə Əfqanıstanda ölən və yaralananların sayını açıqladı
13:02 22 Fevral 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

“BMT-nin Əfqanıstana Yardım Missiyası 2009-cu ildə sistematik hesablama aparmağa başlayandan bu günə qədər 100 mindən çox mülki qurban qeydə alınıb, o cümlədən 35 min nəfər ölüb, 65 min nəfər yaralanıb”.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) hesabatında bildirilir.
Hesabatda qeyd olunub ki, münaqişənin təsir dərəcəsi göstərilən rəqəmlərdən də çoxdur, burada ayrı-ayrı şəxslərin, ailələrin və icmaların fiziki, psixi, sosial və iqtisadi rifahına vurulan hərtərəfli və uzunmüddətli zərər nəzərə alınır.
Qeyd olunur ki, 2019-cu ildə Missiya dinc əhali arasında 10 392 silahlı münaqişə qurbanı qeydə alıb. Bunlardan 3 403 nəfər ölüb, 6 989 nəfər yaralanıb. Bu rəqəm 2018-ci ilə nisbətən 5% azdır. Belə ki, 2018-ci ildə münaqişə qurbanlarının ümumi sayı 10 994 nəfər olmuşdu. Eyni zamanda mövcud məlumatlar 2013-cü ildən bu yana dinc əhali arasında ən aşağı itki səviyyəsini göstərir.
“Bu azalma İŞİD-in əməllərinin qurbanlarının sayının azalması ilə əlaqədardır. Digər tərəflərin, xüsusən də “Taliban” silahlılarının və beynəlxalq silahlı qüvvələrin fəaliyyəti nəticəsində mülki itkilər artıb”, - məlumatda bildirilir.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/bmt-10-ilde-efqanistanda-olen-ve-yaralananlarin-sayini-aciqladi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR