Qızılın qiyməti son 7 ilin rekordunu vurub

Qızılın 1 unsiyasının qiyməti 2,2% artaraq 1 679,7 ABŞ dollarına çatıb ki, bu da 2013-cü ilin fevral ayından etibarən ən yüksək qiymətdir.

Metbuat.az bildirir ki, "Bloomberg"in verdiyi məlumata görə, bunun əsas səbəbləri kimi koronavirusun yayılması və sözügedən virusun qlobal iqtisadiyyata zərər verəcəyinə dair artan narahatlıqdır.

Qeyd edək ki, ötən həftə ərzində qızıl 3,8% bahalaşıb.(apa)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR