"Report"un yerli bürosu xəbər verir ki, Fransa Təhsil Nazirliyinin tapşırığına əsasən, həmin şagirdlər 14 gün dərslərdə iştirak edə bilməyəcəklər.
Onların valideynlərinə 14 gün ərzində uşaqları ciddi nəzarətdə saxlamaq, yaşlı insanlardan kənar tutmaq, kinoteatr və bu kimi vacib olmayan yerlərə getmələrinə icazə verməmək, tibbi maskalardan istifadə etmələrinə diqqət yetirmək tövsiyə olunub.