Çində yeni növ koronavirusdan ölənlərin sayı 2744 nəfərə çatıb

Çində yeni növ koronavirusdan ölənlərin sayı  2744 nəfərə çatıb
07:47 27 Fevral 2020
205 Dünya
Ölkə mətbuatı
A- A+

Çində yeni növ koronavirusa yoluxanların sayı 78,4 mini ötüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, yoluxanlardan 2744 nəfər ölüb, 32,4 mindən artıq insan isə virusdan sağalıb. Daha əvvəl 2715 nəfərin öldüyü, 29,7 min nəfərin isə sağaldığı bildirilirdi.

Bildirilir ki, yoluxma halları ən çox Hubey əyalətində qeydə alınır (65,5 minə yaxın yoluxma halı, onlardan 2,6 min ölüb, 23,2 mini sağalıb). Hubeydən sonra yoluxma halları daha çox Quandun (1,3 min), Henan (1,2 mindən artıq) və Çjetsyan (1,2 mindən artıq) əyalətlərində qeydə alınıb.

Qeyd edilir ki, ölkədə koronavirusa yoluxanların 8,3 mininin vəziyyəti ağırdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/829240.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR