Müdafiə nazirindən İdlib açıqlaması: Ordumuzun hərəkətə keçməsi üçün...

Müdafiə nazirindən İdlib açıqlaması: Ordumuzun hərəkətə keçməsi üçün...
18:38 27 Fevral 2020
85 Digər
Ölkə mətbuatı
A- A+

“Rusiya ilə görüşlər davam edir. Ümidliyik. Tərəflər həll üçün təşəbbüs göstərir. Bu gün-sabah bunun nəticələri bəlli olacaq. Buna görə mövqeyimizi müəyyən edəcəyik”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

Türkiyə Böyük Millət Məclisində jurnalistlərə açıqlamalar verən nazir bildirib ki, İdlib məsələsində atəşkəsin pozulub-pozulmamasının anlaşılması üçün Pilotsuz Uçuş Aparatları, Silahlı Pilotsuz Uçuş Aparatları və Hərbi Qüvvələrinin fəaliyyət göstərməsi mövzusunda rusiyalı həmkarlarla görüşlər davam etdirilir.

H.Akar qeyd edib ki, bu gün ABŞ-ın Müdafiə naziri Mark Esperlə telefonda danışacaq və bu məsələlərdən də söhbət açacaq.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/306294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR