Bu ölkədə koronavirus səbəbindən Azərbaycana viza verilməsi dayandırıldı

Səudiyyə Ərəbistan Azərbaycan da daxil olmaqla, 22 ölkənin vətəndaşlarına turist vizasının verilməsini müvəqqəti olaraq dayandırıb.

Metbuat.az xəbər verir ki, məlumatda bildirilir ki, vizanın verilməsinin dayandırılmasına səbəb koronavirusunun yayılması təhlükəsidir.

Siyahıda Azərbaycandan başqa, Qazaxıstan, Özbəkistan, İtaliya, Yaponiya, Çin, İran, Koreya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Somali, Vyetnam, Livan, Suriya, Yəmən ölkələri də yer alıb. Bəyanatda bu ölkələr koronavirusun yoluxma təhlükəsinin daha çox olduğu ərazilər kimi qeyd edilib.

Xatırladaq ki, dünən Səudiyyə Ərəbistan Məkkədə Ümrə ziyarətini dayandırıb. Həcc ziyarətinin də dayandırıla biləcəyi istisna edilmir. (Yenisabah)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR