Bakı, 22 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində faşizm üzərində Qələbənin 70 illiyinə həsr olunan “Azərbaycan İkinci Dünya müharibəsi illərində” adlı sərginin kataloqu işıq üzü görüb.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, kataloq bu elm müəssisəsinin direktoru, akademik Nailə Vəlixanlının elmi redaktorluğu ilə Azərbaycan və rus dillərində çap olunub. Nəşrdə Azərbaycanın İkinci Dünya müharibəsindəki rolundan bəhs edilir. Kataloq “Azərbaycan İkinci Dünya müharibəsində” bölməsi ilə başlayır. Burada muzeydə təşkil olunan Böyük Vətən müharibəsinə həsr edilmiş eyniadlı sərgidə nümayiş olunan materialların fotoşəkilləri yer alıb, sərginin bölmələri, eksponatlar barədə ətraflı məlumat verilib.