"Bütün əti çürümüşdü, sümüyü qalmışdı" -

Dörd il əvvəl vəfat edən Xalq artisti İlhamə Quliyevanın qəfil ölüm səbəbi hələ də sirr olaraq qalır.

Metbuat.az xəbər verir ki, tanınmış aparıcı Elgiz Əkbər mərhum primadonna ilə bağlı bəzi sirləri ARB-nin "Səhər-səhər" proqramında açıb:

"İlhamə xanım o vaxt ayaqlarını estetik əməliyyat etdirdi. Keyfiyyətsiz gel vurdular, o da ayağına çürümə verdi. Vəziyyəti ondan sonra ağırlaşdı".

Rövşanə Ağasəfqızı həmkarının söylədiklərini təsdiqləyib: "Mən onu xəstəxanada ziyarət etdim. Ayağını açıb bir hissəsini göstərdi. Dəhşətli mənzərə idi, bütün əti çürümüşdü, sümüyü qalmışdı. Çox dəhşətli idi, qırmızılı, irinli idi. Qadına yazığım gəldi. O gözəllikdə qadını nə günə qoymuşdular. Bir ayağı tam çürümüşdü".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR