Ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salındı

Ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salındı
17:22 2 Mart 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən martın 3-də Bakı-Quba yolunun Şabran rayonu ərazisindən keçən hissəsində nəzərdə tutulan yaz ağacəkmə aksiyası hava şəraiti ilə əlaqədar təxirə salınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, hava şəraitindən asılı olaraq ağacəkmə aksiyasının vaxtı barədə əlavə məlumat veriləcək.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu il yaz ağac əkininə "Təbiət könüllüsü, yaz əkininə sən də qoşul!" devizi altında start verib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/830426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR