Bakı, 23 may, AZƏRTAC
Kanadanın Toronto şəhərində poçt vasitəsilə narkotik göndərmək istəyən şəxs yaxalanıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, saxlanılan şəxs 450 min dollarlıq narkotik göndərmək istəyib. Kanada polisi bildirib ki, poçt işçilərinin ayıq-sayıqlığı nəticəsində narkotikin göndərilməsinin qarşısı alınıb. Bağlamalarda 5 kiloqram kokain və ketamin aşkar olunub.
Həmin şəxs növbəti gün yenidən narkotik göndərmək istəyərkən ələ keçib. Həbs edilən 28 yaşlı Ontario sakinindən 148 min dollar nağd pul tapılıb.