Azərbaycanda karantində saxlanılan şəxslərin sayı açıqlandı -

"Hazırda Azərbaycanda 500-ə qədər şəxs karantində saxlanılır".

Metbuat.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxslərdən lazımi yaxmalar götürülüb:

"Onların heç birində koronavirus aşkar edilməyib. Karantində olan şəxslərin əksəriyyəti Azərbaycan vətəndaşlarıdır".

V.Əliyev xatırladıb ki, koronavirus xəstəliyini insanlar yüngül keçirir:

"Hətta ev şəraitində müalicəsi də mümkündür. Dünyada bu virusa yoluxanların təxminən 4-5 faizi ağır şəraitdə olaraq xəstəxana şəraitində keçirib".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR