COVID-19-un Azərbaycandakı turizm müəssisələrinə zərəri araşdırılır - RƏSMİ

“Koronavirusun yaratdığı qlobal böhranın turizm müəssisələrinə vurduğu zərəri müəyyən etmək üçün hesablamalar aparılacaq. Azərbaycanda və digər ölkələrin təcrübəsi öyrənildikdən sonra biz dövlət qurumu olaraq təkliflə çıxış edəcəyik”.

Metbuat.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov bildirib.

O qeyd edib ki, dövlət bu məsələni diqqətdə saxlayır:

“Növbəti günlərdə bununla bağlı işlər görüləcək. Hazırda konkret addımların nədən ibarət olacağını demək tezdir. Çünki bununla bağlı qiymətləndirmələr aparılmalıdır. Bundan sonrakı mərhələdə artıq ətraflı informasiya vermək mümkün olacaq.

Amma onu bilmək lazımdır ki, həm hotellərlə, həm də biletlərin ləğv olunması ilə bağlı məlumatlar toplanılır. Bütün məlumatlar əldə olunduqdan sonra dəstək mexanizmləri həyata keçirilə bilər. Burada vergidən azad olunma və digər məsələlər var.

Amma hələlik bunlar variantlardır, necə olacağını hələ ki bilmək olmur. Bir məsələ xüsusi qeyd olunmalıdır ki, dünyada bütün turizm şitkətləri bu məsələ ilə bağlı böhran yaşayır”.

K.Qasımov vurğulayıb ki, turizm sənayesi zərər görsə də, belə proseslərə özünü hazırlamalıdır:

“Bu, sənayenin yenidən öz siyasətini müəyyənləşdirməsi üçün lazımdır. Böhran yekunlaşdıqdan sonra isə ölkəyə turistlərin qəbuluna daha çevik hazır olmalıyıq”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı