Qarabağ cəbhəsində yeni əməliyyatlar... – Ankara və Bakının addımları İrəvanda təşviş yaratdı

Qarabağ cəbhəsində yeni əməliyyatlar... – Ankara və Bakının addımları İrəvanda təşviş yaratdı
17:03 11 Mart 2020
81 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyə və Rusiya İdlib məsələsində atəşkəs əldə etsələr də, Suriyada vəziyyət kəskin olaraq qalmaqdadır. Ermənistanda isə narahatlıq davam edir. İrəvanda hesab edirlər ki, Suriyadakı proseslər Cənubi Qafqaza da təsir edə, xüsusilə Qarabağ cəbhəsində hərbi eskalasiyanı alovlandıra bilər.

Publika.az
xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Artak Davtyan narahat olduqlarnı gizlətməyib.

“Suriyadakı vəziyyət Cənubi Qafqaza da təsir edə bilər. Biz İdlib hadisələrini diqqətlə izləyirik. Bununla yanaşı, informasiyanı birinci əldən almaq üçün Rusiya ilə əməkdaşlıq edirik”, - Davtyan deyib.

Erməni politoloq Andranik Tevanyan iddia edir ki, İrəvan ehtiyatlılığını əldən verməməlidir: “Çünki Azərbaycan və Türkiyə Qarabağda yeni proses planlaşdırır və onlar hərbi əməliyyatlara başlaya bilərlər.

Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru Ruben Safrastyan da bu iddianı davam etdirir: “Türkiyə Rusiya ilə anlaşaraq, İdlib ssenarisini Qarabağda da tətbiq edə bilər”.

Demokrat Partiyasının sədri Aram Sarkisyan hesab edir ki, Türkiyənin Qarabağ məsələsində fəallığı diqqət çəkir və bu proses Azərbaycanın əraziləri azad etməsi üçün hərbi əməliyyatlara başlamasına qədər gedə bilər.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/307457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR