Türkmənistan Prezidentinin Azərbaycana səfəri əlaqələrin möhkəmlənməsinə töhfə verəcək - Deputat

Türkmənistan Prezidentinin Azərbaycana səfəri əlaqələrin möhkəmlənməsinə töhfə verəcək - Deputat
12:05 12 Mart 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana budəfəki rəsmi səfəri və imzalanan sənədlər iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə mühüm töhfə verəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat vurğulayıb ki, səfər zamanı dövlət başçıları təkbətək görüşlər keçirildi, bir sıra mühüm sənədlər, o cümlədən hava yolları, media, miqrasiya, elm və təhsil, rabitə, informasiya-kommunikasiya texnologiyaları, investisiyaların təşviqi və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində anlaşma memorandumları imzalandı:

"Göründüyü kimi bu sənədlər iki ölkə arasında əlaqələrin daha da yüksəldilməsinə, siyasi, iqtisadi, mədəni sahələrdəki əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına böyük təkan verəcək".

Deputat qeyd edib ki, dövlət başçıları səfərin nəticələri ilə bağlı bəyanatla çıxış etdilər və iki ölkə arasında əlaqələrin əhəmiyyətinə toxundular:

"Prezident İlham Əliyev bildirdi ki, "Bizim ikitərəfli münasibətlərə gəldikdə, bu gün biz qarşılıqlı fəaliyyətimizin geniş gündəliyini bir daha nəzərdən keçirdik. Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiq etdik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik".

Deputatın sözlərinə görə, Türkmənistan dövlət baçşısı da iki ölkə arasında əməkdaşlığın strateji xarakter daşıdığını diqqətə çatdırıb və Azərbaycanın regionda Türkmənistan üçün strateji tərəfdaş olduğunu vurğulayıb:

"Bunu bir daha vurğulayıram. Yəni, bizim mövqelərimiz çox cəhətdən oxşardır. Biz bütün dünyada və regionda, - mən Mərkəzi Asiya, Cənubi Qafqaz və Xəzər regionunu nəzərdə tuturam, - sabitliyin və təhlükəsizliyin tərəfdarıyıq".

Deputat əlavə edib ki, Azərbaycanla Türkmənistan arasında əlaqələrin dərin kökləri var. Onun sözlərinə görə, hər iki ölkə xalqlarının eyni etnik kökə, mədəniyyətə və dinə mənsub olmaları, eyni zamanda əsrlər boyu dostluq və mehriban qonşuluq şəraitində yaşamaları əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb:

"Hesab edirəm ki, Türkmənistan dövlət başçısının ölkəmizə səfəri zamanı aparılmış müzakirələr və imzalanmış sənədlər ikitərəfli əməkdaşlığın daha da genişlənəcəyinə mühüm töhfə verəcək".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/833046.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR