Redmi Note 9 Pro və Redmi Note 9 Pro Max təqdim olundu -

Nəhayət Xiaomi şirkəti Redmi brendi Redmi Note 9 Pro və Redmi Note 9 Pro Max smartfonlarını təqdim etdi.

Metbuat.az xəbər verir ki, sözügedən smartfonlar öz aralarında yalnız RAM və kamera göstəricilərinə görə fərqlənirlər. Digər göstəricilər baxımından hər iki smartfon eynidir. Beləliklə hər iki smartfon 2400x1080 piksel keyfiyyətli 6.67 düym IPS ekrana sahibdir. Ekranın yuxarı hissəsinin mərkəzində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.

Ümumiyyətlə dizayn məsələsində də bu iki smartfon eynidir. Adi Redmi Note 9 Pro modeli Snapdragon 720G prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş həcmi, 48 MP (f/1.79 diafraqmalı) + 8 MP (120 dərəcə bucaq təsvirli kamera) + 5 MP (makroobyektiv) + 2 MP (ToF) dördlü arxa kamera, 16 MP-lik ön kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub.

Pro Max modelinə gəldikdə isə o, 6/8 GB RAM, 64 MP (f/1.89 diafraqmalı) + 8 MP (120 dərəcə bucaq təsvirli kamera) + 5 MP (makroobyektiv) 2 MP (ToF) dördlü arxa kamera, 32 MP-lik ön kamera və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5020 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Barmaq izi skanı texnologiyası hər iki smartfonda gövdənin kənar hissəsində yerləşdirilib. Beləliklə adi Redmi Note 9 Pro modeli 17 mart tarixində, Note 9 Pro Max modeli isə 25 mart tarixində satışa çıacaq. Onların qiymətləri aşağıdakı kimidir:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR