ABŞ-a girişlərin bağlanması birjalarda əks-səda doğurub

ABŞ-a girişlərin bağlanması birjalarda əks-səda doğurub
15:02 12 Mart 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Avropanın əsas birja indeksləri 5 faizdən çox azalıb.
“Report” bu barədə “Komersant”a istinadən xəbər verir.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp COVİD-19 virusunun yayılması ilə bağlı Avropadan ölkəsinə girişləri bir ay müddətində bağladıqlarını açıqlamışdı.
Bugünkü vəziyyətə görə, FTSE 40 (Böyük Britaniya) 5.567,81 faiz bəndi (bağlanışa nisbətən -5,25 faiz), CAC40 (Fransa) 4.350,13 faiz bəndi (-5,64 faiz), DAX (Almaniya) 9.848,11 faiz bəndi (-5,66 faiz), FTSE MİB (taliya) 16.994,5 faiz bəndi (-5,21 faiz), İBEX (İspaniya) 7.033 faiz bəndi (-5,42 faiz) təşkil edib.
Həmçinin Asiya - Pasifik regionunun da əsas birjalarında bənzər meyllər gözə dəyib. Belə ki, Şanhaydakı “Shanghai Composite” birjasının indeksi 1,69 faiz, Honkonqun “Hang Seng” birjasınınkı 3,53 faiz, Tokionun “Nikkei 225” 4,12 faiz, “Korea Composit” (KOSPİ) 4,04 faiz, S&P (Avstraliya) 7,9 faiz azalıb.
Xatırladaq ki, Prezident Donald Tramp xalqa müraciətində ölkəyə avropalıların girişinə müvəqqəti qadağa qoyulduğunu bildirib. Vətənin Təhlükəsizliyi Departamenti (DHS) bildirib ki, martın 13-də saat 00.00-dan başlayaraq bir ay müddətinə nəzərdə tutulan məhdudiyyət Avropanın Şengen sazişi iştirakçısı olan 26 ölkəsindən gələn əcnəbilərə şamil olunur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-a-girislerin-baglanmasi-birjalarda-eks-seda-dogurub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR