"Facebook"da səhv: Koronavirusla bağlı faydalı paylaşımlar blok edilib

Koronavirusla bağlı yayılan səhv məlumatlarla mübarizə aparmaq üçün "Facebook" saxta məlumatlar olan paylaşımları blok etmək üçün yeni bir sistem yaratmışdı.

Metbuat.az xəbər verir ki, sözügedən sistemdə səhv aşkar edilib. Belə ki, sistem yalnışlıqla koronavirusla bağlı faydalı məlumatlar olan paylaşımları da əngəlləyib. Problemlə bağlı "Facebook"dan edilən açıqlamada bunun sistemdəki bir problemdən qaynaqlandığı və qısa müddət ərzində həll ediləcəyi qeyd edilib.

Qeyd edək ki, koronavirusla bağlı yalnış bilgiləri blok etmək üçün "Facebook"dan başqa "Google", "Tvitter" və "Microsoft" şirkətləri də eyni addımı atmışdı.

Mənbə: bbc.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR