Vətəndaşlar koronavirusla bağlı tövsiyə və qərarlara məsuliyyətlə yanaşmalıdırlar - Deputat

Vətəndaşlar koronavirusla bağlı tövsiyə və qərarlara məsuliyyətlə yanaşmalıdırlar - Deputat
16:37 18 Mart 2020
95 Ölkə
Ölkə mətbuatı
A- A+

İndiki situasiyada hökumətin üzərinə düşən əsas məsələ yaranmış risklərin düzgün idarə olunmasıdır. Hesab edirəm ki, Azərbaycan hökumətinin atdığı ardıcıl addımlar, o cümlədən Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar bu baxımdan kifayət qədər effektivdir.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov koronavirusun qarşısının alınması ilə bağlı görülən tədbirlər barədə danışarkən deyib.

R.Məmmədov bildirib ki, indiki şəraitdə riskləri mümkün qədər düzgün proqnozlaşdırmalı və qiymətləndirməliyik:

"Hesab edirəm ki, burda məsuliyyəti yalnız dövlətin üzərinə yükləmək doğru olmazdı. Dövlət və cəmiyyət məsuliyyəti bölüşməlidir. İnsanların davranışından, dövlət qurumlarının qəbul etdiyi qərarlara praktiki münasibətindən çox şey asılıdır. Dövlət qurumları, əlbəttə ki, üzərinə düşən vəzifənin öhdəsindən maksimum gəlməyə çalışır, müvafiq tədbirlər görür".

Deputat bütün vətəndaşları Operativ Qərargahın qərar və tövsiyələrinə maksimum məsuliyyətlə yanaşmağa çağırıb:

"Başqa ölkələrin təcrübəsi də göstərir ki, vəziyyətdən maksimum az ziyanla çıxmağın ən optimal mexanizmi ictimai həmrəylikdir. Mən hər kəsi həmrəyliyə, birliyə və vətəndaşlıq borcunu yerinə yetirərək, dövlətimizə dəstək olmağa çağırıram. Əminəm ki, məhz bu birlik və həmrəylik sayəsində bu çətinliyi geridə qoya biləcəyik".

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/834902.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR