Londonda koronavirusa görə mağazalar talan edilir

Londonda koronavirusa görə mağazalar talan edilir
02:27 20 Mart 2020
170 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyanın paytaxtı London şəhərində altı nəfər spirtli içki oğurlayan zaman mağazanın pəncərəsini sındırıb.
“Report” xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Qeyd olunub ki, hazırda paytaxtın bir çox supermarketlərinin rəfləri boşdur, sakinlər isə ehtiyat üçün qida alırlar.
Hökumət öz növbəsində ərzaq baxımından heç bir çatışmazlığın olmadığını vurğulasa da gərgin vəziyyət fonunda bir neçə soyğunçuluq hadisəsi baş verib.
Altı soyğunçu alkoqollu içkiləri geyimlərin içində gizlədərək mağazadan çıxartmağa çalışıb. İşçilər müqavimət göstərsələr də, bu caniləri qəzəbləndirib. Nəticədə naməlum şəxslər mağazanın pəncərəsini sındırıb və hadisə yerindən qaçıblar.
Polis cinayətkarları həbs edib. Qeyd olunub ki, son günlərdə oxşar ittihamlarla bağlı dörd nəfər barəsində həbs qətimkan tədbirləri seçilib.


Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/londonda-koronavirusa-gore-magazalar-talan-edilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR