Böyüklər belə başa düşmür, gərək onlara "yüz minlik ev" deyəsən - 100 dilə tərcümə olunmuş kitabdan SEÇMƏLƏR

Böyüklər belə başa düşmür, gərək onlara "yüz minlik ev" deyəsən - 100 dilə tərcümə olunmuş kitabdan SEÇMƏLƏR
13:38 22 Mart 2020
Ölkə mətbuatı
A- A+

Antuan de Sent-Ekzüperinin ən məşhur əsəri olan “Balaca şahzadə” dünyanın 100 dilinə tərcümə edilib. Onun içindən dünyaya, qəzet, jurnal və kitab səhifələrinə səpələnən aforimzlər çox məşhurdur.

Publika.az onlardan bəzilərini təqdim edir:

*

“Böyüklərə deyəndə ki, çəhrayı kərpicli gözəl bir ev gördüm, pəncərəsində ətirşah vardı, tavanında göyərçinlər”, - onlar bu evi heç cürə təsəvvür edə bilmirlər. Bunun üçün onlara belə demək lazım idi: “Mən yüz min frank dəyəri olan bir ev gördüm”, - belədə onlar heyrətlənərdilər: “Nə gözəl!”
*

“Heç hara baxmadan yolun ağına düşüb düpbədüz getsən, çox uzağa gedə bilmzəsən ”.
*

“İnsanlar bir bağda beş min dəfə gəzib dolaşırlar... ancaq burda axtardıqlarını tapmırlar ki, tapmırlar... ”

*

“Lovğa insanların qulağı tərifdən özgə hər şeyə kardır ”
*

“Hansısa uzaq ulduzların birinin bağrında bitən gülü sevirsənsə, gecələr səmaya bax. Bütün ulduzlar çiçəkləyəcək...”

*
“Gözlər kordur. Ürəksə görür...”
*
“Bir dəfə mən bir gün ərzində günəşin düz qırx üç dəfə batmasını seyr etdim. Bilirsən... qəhər boğazına tıxanıb qalanda, günəşin astaca, hiss edilmədən, ayaq izi qoymadan çıxıb getməsini seyr etmək gözəldir... ”

*
“Belə miskin bicliklərin və kələklərin arxasında mən şəfqəti hiss eləməliydim. Güllərin ağlı başında olmur ki! Ancaq o zaman çox gənc idim, sevgi nədir, bilmirdim”.
*
“Bilirsən... mən o gülə görə cavabdehəm... O necə də zəifdir, müdafiəsizdir. Onun olsa-olsa dörd miskin tikanı var, bu boyda əclaf dünyanın qarşısında...”

Qeyd edək ki, əsəri fransızcadan azərbaycan dilinə Cavanşir Yusifli tərcümə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/art/308480.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR