Səhiyyə nazirinin müavini: "Xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var"

Səhiyyə nazirinin müavini: "Xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var"
22:53 23 Mart 2020
Ölkə mətbuatı
A- A+

"Qoruyucu maskalardan düzgün istifadə edilməlidir. Ancaq bizdə küçədə tək gəzən şəxs də maska taxır. Halbuki buna ehtiyac yoxdur.

Publika.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.

O bildirib ki, maskalardan kütləvi yerlərdə olarkən istifadə edilsə məqsədəuyğun olar: "Maskalar da aptek şəbəkələri tərəfindən ölkəyə gətirilir. Maskaların satışı da mütəmadi şəkildə davam etdirilir".

O qeyd edib ki, bu gün ölkədə kifayət qədər test dəstləri var: "Azərbaycana testlər ilk olaraq Türkiyədən gətirilmişdi. Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının təşkilatçılığı gətirildi. Hazırda ölkədə xəstəliyi təyin edəcək lazımlı sayda test dəstləri var".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sehiyye/308615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR