Əfqanıstanda məbədə hücum - Ölən və yaralananlar var

Əfqanıstanda məbədə hücum - Ölən və yaralananlar var
17:57 25 Mart 2020
192 Dünya
Ölkə mətbuatı
A- A+

Əfqanıstanın paytaxtı Kabildə silahlı şəxslər məbədə hücum edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, azı üç intiharçı terrorçu məbəddə ayin davam edərkən binaya daxil olub.

Hücum nəticəsində 1 nəfər həlak olub, 15 nəfər xəsarət alıb. İtkilərin sayının artacağı ehtimal olunur.

Qeyd olunur ki, təhlükəsizlik qüvvələrinin əməliyyatı nəticəsində hücum edənlər zərərsizləşdirilib.

Hücumla bağlı məsuliyyəti İŞİD terror təşkilatı üzərinə götürüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836402.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR