""Maşın" şounun ən güclü iştirakçısı mən idim". ANS televiziyasında yayımlanan "Maşın" şounun iştirakçısı aktrisa Mehriban Xanlarova bu gün "Günə Baxan" verilişinin qonağı olub.

Onun sözlərinə görə, şounun ən güclü iştirakçısı məhz özü olub. "Hamı bilir ki, o şounun ən güclü iştirakçısı mən olmuşam. Buna görə də onların hədəfi mən olmuşam və mümkün olan kimi məni oyundan uzaqlaşdırdılar".

Aktrisa maşına özünün layiq olduğunu deyib. Onun sözlərinə görə, müğənnilər iki toya gedəndən sonra maşın alırlar. "Amma mən aktrisayam və məncə, həmin maşına ən çox layiq olan da özüm idim".

Verilişin aparıcısı Elgiz Əkbər də aktrisanı dəstəklədiyini deyib. "Mən çox istərdim ki, o maşını siz aparasınız. Çünki orada yeganə maşını olmayan siz idiniz", - deyə aparıcı əlavə edib.