Nazirlik Xalq artistinin dəfn mərasimi ilə bağlı müraciət etdi: Heç kim gəlməsin

Nazirlik Xalq artistinin dəfn mərasimi ilə bağlı müraciət etdi: Heç kim gəlməsin
13:28 27 Mart 2020
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Mədəniyyət Nazirliyi koronavirus infeksiyasının qarşısının alınması məqsədilə Azərbaycanda tətbiq olunan xüsusi rejimin qaydalarına riayət olunması üçün Xalq artisti Rauf Babayevin dəfni ilə bağlı vətəndaşlara müraciət edib.

Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov bildirib.

İ.Hümbətov qeyd edib ki, heç kim dəfn mərasiminə gəlməməlidir:

"Rauf Babayevin vəfatı mədəniyyətimizə ağır itkidir. Kütləvi informasiya vasitələri ilə vətəndaşlarımıza müraciət edirik ki, heç kim dəfn mərasiminə gəlməsin. Hökumətin karantin rejimi ilə bağlı sosial izolyasiya qərarı var. Hər kəs buna əməl etməli, diqqətli olmalıdır. 10 nəfərdən çox insanın bir yerdə toplaşması qadağan olunub. Mədəniyyət xadimimizin itikisi ilə əlaqədar ailəsinə, yaxınlarına və xalqımıza başsağlığı veririk. Dəfn mərasimi ailə üzvlərinin iştirakı ilə İkinci Fəxri Xiyabanda keçiriləcək".

Xatırladaq ki, xalq artisti, müğənni Rauf Babayev bu gün 82 yaşında vəfat edib.

Allah rəhmət eləsin!


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/308910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR