Putinə ŞOK: Kremldə koronavirus həyəcanı yaşanır

Kremldə bir nəfər koronavirusa yoluxub.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov açıqlama verib. O bildirib ki, virus aşkarlanan şəxs prezident Vladimir Putinlə təmasda olmayıb. Peskovun sözlərinə görə, adminstrasiya virusun yayılmasının qarşısını almaq üçün bütün zəruri tədbirləri görüb.

Qeyd edək ki, Rusiyada virusa 1036 yoluxma, 4 ölüm faktı qeydə alınıb.

Anar / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR