Türkiyədə daha 7 533 nəfər koronavirus testindən keçirilib. Onlardan 2069-da virus aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Onun sözlərinə görə, bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 5 698 nəfərə yüksəlib:

“Bu xəstələrdən daha 17-si həyatını itirib. Bununla da koronovirusdan ölənlərin sayı 92-yə çatıb” - deyə, nazir bildirib.