Türkiyədə xarici aviareyslər dayandırıldı

Türkiyədə koronavirusla mübarizə çərçivəsində bır sıra qərarlar qəbul edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.

Qeyd edilib ki, sabahdan etibarən Türkiyədə sakinlər yalnız yerli hakimiyyət orqanlarının icazəsi ilə ölkənin digər şəhərlərinə səyahət edə biləcəklər.

“Bu gün biz sabitlik və xalqımızın gələcəyi naminə yeni tədbirlər paketi qəbul etdik. Bütün xarici aviareyslər tamamilə dayandırılıb. Uzaq məsafəli səfərlər üçün qubernatorlardan icazə almaq lazımdır, bu, ilk növbədə 30 böyük şəhərə aiddir. Şirkətlərdə minimum işçilər olacaq. Evdə qalmağa, özümüzü təcrid etməyə davam edirik”-deyə, Türkiyə prezidenti vurğulayıb./ Report


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR