Azərbaycanlı deputatların koronavirus testlərinin nəticəsi

Milli Məclisin deputatlarının koronavirusa görə tibbi müayinədən keçməsinin nəticələri açıqlanıb.

Metbuat.az xəbər verir ki, parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə tibbi müayinə nəticəsində deputatların heç birində koronavirus aşkarlanmadığını deyib.

Deputatlar Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasından öncə koronavirusa görə müayinədən keçib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR