x
Loading...

""Yeni klinika"nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

""Yeni klinika"nın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq"
12:37 29 Mart 2020
115 Ölkə
Ölkə mətbuatı
A- A+
.

"Yeni klinika" bütün müasir standartlara cavab verir və ölkənin aparıcı xəstəxanasıdır. Bu xəstəxananın işə düşməsi koronavirusa qarşı mübarizədə əlavə imkanlar yaradacaq.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, xəstəxananın açılışı zamanı Prezident İlham Əliyev də xüsusi olaraq vurğuladı ki, hazırda ölkəmizi təhdid edən koronavirus təhlükəsini nəzərə alınaraq müəssisənin daha tez açılması üçün xüsusi tədbirlər görüldü:

"Hazırda koronavirus bütün dünya ölkələri üçün ciddi təhlükə yaratdığı kimi, Azərbaycanı da təhdid edir. Ona görə də hazırda bu tibb müəssisəsinin koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün istifadə olunması bir daha dövlətimizin öz vətəndaşlarının sağlamlığına nə qədər diqqət göstərdiyinin göstəricisidir. Səhiyyə xidmətlərinin əlçatanlığının təmin edilməsi üçün ölkəmizdə ardıcıl və məqsədyönlü siyasət həyata keçirilir. 2004-cü ildən bu günədək 750-dən çox tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Bu gün bütün regionlarımızda diaqnostika mərkəzləri, şəhər xəstəxanaları tikilib istifadəyə verilib.

Əlbəttə ki, xəstəxanalar və texniki təchizat məsələnin yalnız bir tərəfidir. Yüksək hazırlıqlı tibbi kadrlar olmasa, səhiyyə sisteminin effektivliyindən danışmaq qeyri-mümkündür. Ona görə də Prezident İlham Əliyev həkimlərin fəaliyyətini yüksək qiymətləndirərək qeyd etdi ki, son illərdə Azərbaycanda həkimlərin peşəkarlığı böyük dərəcədə artıb. Bu gün həkimlərimiz ən çətin əməliyyatları aparırlar, insanları həyata qaytarırlar. Hazırda isə Azərbaycan həkimləri koronavirusa qarşı mübarizədə öndə olmaqla böyük fədakarlıq nümunəsi göstərilər".

Deputat əlavə edib ki, belə vəziyyətdə hər bir Azərbaycan vətəndaşı milli təhlukəsizliyi təhdid edən koronavirus bəlasına qarşı yalnız milli birlik və həmrəylik nümayiş etdirməklə səmərəli mübarizə apara bilər: "Ona görə də vətəndaşlıq məsuliyyəti bu gün daha aktualdır. Bu, həm sıravi vətəndaşlarımızın, həm də tibb işçilərimizin təhlükəsizliyinin qorunmasına xidmət etməlidir".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/837371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR