İki uşağı olanlar hərbi xidmətə çağırılmasınlar –

Milli Məclisin iclasında deputat Siyavuş Novruzov üç uşaq atasının hərbi xidmətə çağırılmamasından danışıb.

Metbuat.az xəbər verir ki, S.Novruzov bildirib ki, indi iki uşağı da saxlamaq çətindir.

“Qanuna görə, üç uşağı olan atalar hərbi xidmətə aparılmırlar. Lakin indi iki uşağı saxlamaq da asan deyil. Təsəvvür edin, kişi iki uşağını və həyat yoldaşını qoyub hərbi xidmətə gedir.

Qanuna dəyişiklik edilməlidir ki, iki uşağı olan atalar hərbi xidmətə çağırılmasınlar”, - deyə S.Novruzov əlavə edib.

S.Novruzov onu da bildirib ki, Azərbaycanda alternativ hərbi xidmət haqqında da qanun qəbul edilməlidir. (oxu.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR