Ceyms Bond filmlərinə aid kolleksiya oğurlandı

İngiltərənin paytaxtı Londonda Ceyms Bond filmlərində istifadə edilmiş və təxminən 300 min manat dəyərində olan bir tapanca kolleksiyası oğurlanıb.

Metbuat.az xəbər verir ki, şəhərin Enfild bölgəsindəki malikanəyə girən oğruları polis tuta bilməyib. Şahidlərin sözlərinə görə, malikanəyə girənlər 3 nəfər olublar.

Sözügedən kolleksiyada 2002-ci il istehsalı "James Bond Die Another Day", 1985-ci il istehsalı "James Bond A View to a Kill" və 1973-cü il istehsalı "James Bond Live and Let Die" kimi filmlərdə istifadə edilmiş tapançalar saxlanılırdı.

Mənbə: ntv.com.tr


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR