"Facebook"da yenilik: Koronavirus düyməsi gəlir

Covid-19 adlandırılan yeni növ koronavirusa qarşı mübarizə rəqəmsal dünyada da davam etdirilir.

Metbuat.az xəbər verir ki, sosial media nəhəngi "Facebook" şirkəti sosial məsafə və izolyasiyaya diqqət çəkmək üçün platformaya koronavirus düyməsi daxil etməyə hazırlaşır. Bu düymənin 2015-ci ildə "like" düyməsinə alternativ olaraq gətirilən reaksiya düymələrinin içində yer alacağı bildirilib.

Bununla bağlı "Facebook"dan hələ rəsmi açıqlama verilməsə də, özəlliyin qarşıdakı həftələrdə aktiv olacağı gözlənilir.

Mənbə: mashable.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR