İngiltərə millisinin sabiq futbolçusu qarət olundu

İngiltərə millisinin sabiq futbolçusu qarət olundu
01:07 1 Aprel 2020
121 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərə milli komandasının sabiq futbolçusu Eşli Koulun evi qarət olunub.
"Report" "The Sun"a istinadən xəbər verir ki, oğrular maska və kamuflyaj geyimlə arxa qapıdan evə soxulublar. Onlar Koulu hədələyərək, stula bağlayıblar və qiymətli əşyaları götürdükdən sonra aradan çıxıblar. Dəymiş zərərin məbləği məlum deyil. Hazırda polis insidenti araşdırır. Keçmiş müdafiəçinin özü xəbəri şərh etmək istəməyib.
Qeyd edək ki, Eşli Koul İngiltərənin "Arsenal", "Kristal Pelas", "Çelsi" və "Derbi Kaunti", İtaliyanın "Roma" və İngiltərənin "Los-Anceles Qelaksi" klublarının formasını geyinib. O, 2019-cu ildə futbolçu karyerasını başa vurub. 


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/i-ngiltere-millisinin-sabiq-futbolcusu-qaret-olundu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR