Azərbaycanda 80-dək xarici televiziya ödənişsiz yayımlanacaq

Azərbaycanda 80-dək xarici televiziya ödənişsiz yayımlanacaq
12:37 1 Aprel 2020
152 Ölkə
Ölkə mətbuatı
A- A+

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Teleradio" İstehsalat Birliyi "Evdə qal" kampaniyasına dəstək verdi. Xüsusi karantin rejimi dövründə respublikada yerüstü açıq yayım paketinə 80-dək xarici telekanal ödənişsiz olmaqla əlavə edildi.

Milli.Az modern.az-a istinadla xəbər verir ki, bu gündən etibarən ölkənin şimal, qərb, cənub və Mərkəzi Aran rayonlarının ərazisində DVB-T2 standartında xarici ölkələrin müxtəlif kontentli televiziya proqramlarının yayımlandığı çoxproqramlı televiziya yayımı ödənişsiz açıq olacaq.

Məqsəd isə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı özünütəcrid müddətində əhalinin daha çox informasiya əldə etməsinə şərait yaratmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/838226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR