x
Loading...
.

Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı

Küçəyə çıxma qadağası bu ölkədə boşanmaların sayını artırdı
14:52 1 Aprel 2020
271 Dünya
Ölkə mətbuatı
A- A+
.

Çində koronavirus pandemiyası ilə əlaqədar bir çox şəhərlərdə tətbiq edilən karantinlə əlaqədar ailələrin evdə qapalı vəziyyətdə qalması boşanmaların sayını artırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "HaberGlobal" məlumat yayıb.

Bildirilir ki, Çinin mərkəzində Sian və Sıçuan əyalətindəki Dazou şəhərində mart ayında boşanma iddiası ilə rekord həddə müraciət olub. Mütəxəssislər bunu normal həyatda rast gəlinən kiçik problemlərin böyüdülməsi və ünsiyyət çatışmazlığı ilə əlaqələndiriblər.

Şanxayda yaşayan və "Bloomberg"ə danışan vəkil Stiv Li bildirib ki, vəkillik etdiyi boşanma hadisələrində 25 faiz artım olub.

Onun sözlərinə görə, cütlüklər bir arada daha çox vaxt keçirdikləri üçün bir-birindən nifrət etməyə başlayıblar:

"İnsanların özlərinə aid məkanları olmalıdır. Bu, yalnız cütlüklərə deyil, hər kəsə aiddir".

Bundan başqa, ailədaxili şiddət hadisələri də artıb. Belə ki, fevral hesabatlarına görə, epidemiyanın başladığı Uhan yaxınlığındakı Hubey bölgəsində şiddət hadisələri ötən ilə nisbətdə üç dəfə artıb.

Pekində "Bərabərlik" adlı qurumun yaradıcılarından olan Fenq Yuan şiddət səbəbindən yardım istəyənlərin sayında artım olduğunu bildirərək, evdə qalmağın daha əvvəl mövcud olan gizli şiddət meyillərinin ortaya çıxmasına səbəb olduğunu vurğulayıb.

İnsanların küçəyə çıxmamasına nəzarət edən polis qüvvələrinin də həmin dövrdə şiddətə məruz qalan qadınların yardım tələblərinə cavab verə bilmədiyi qeyd edilib.

Statistikaya görə, Çində boşanma üçün müraciət edənlərin dörddə üç hissəsi qadınlardır. Gənclərin daha çox boşanmaya meyilli olduğu da vurğulanıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838151.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR