Qazaxda ermənilər hərbi və mülki nəqliyyat vasitə­ləri və vətəndaşlarımızı atəşə tutdular

Qazaxda ermənilər hərbi və mülki nəqliyyat vasitə­ləri və vətəndaşlarımızı atəşə tutdular
15:42 1 Aprel 2020
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikasının Ermənistan ilə dövlət sərhədində düş­mən tərə­finin təxribatları davam edir.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Milli.Az-a verilən məlumata görə, 01 aprel tarixində 12:25-dən başlamaqla Qazax ra­yo­nunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntə­qələ­rimiz, həmin istiqamətində avtomobil yolu ilə hə­rə­kət edən hərbi və mülki nəqliyyat vasitə­ləri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar ER-nın İcevan rayonunun Kirans kəndi yaxın­lığında yerlə­şən Er­mə­nistan Silahlı Qüvvə­lərinin bölmə­ləri tə­rə­fin­dən iri çaplı si­lah­­lardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib.

Düşmən təxribatının qarşısı alınıb, Ermənistan Silahlı Qüv­­­vələrinin döyüş möv­­qeləri cavab atəşi ilə sus­durulub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/838317.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR