“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, tibbi ləvazimatlar koronavirusla mübarizə çərçivəsində Tatarıstanın Yar Çallı şəhərinin həkimlərinə pulsuz paylanılacaq.
Rusiya şirkəti gündəlik 550 kostyum istehsal etməyi planlaşdırır. Aprelin 9-na qədər 5 000 qoruyucu kostyum artıq hazır olmalıdır.
Xatırladaq ki, Rusiyada koronavirus qurbanlarının sayı 24 nəfərdir. Ölkədə 2 777 nəfərdə koronavirus qeydə alınıb.