Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? - AÇIQLAMA

Karantindən çıxan Azərbaycan vətəndaşları yaşayış yerlərinə necə qayıdacaq? -  AÇIQLAMA
14:05 3 Aprel 2020
228 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycana Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov hazırda karantində saxlanılan Azərbaycan vətəndaşlarının karantindən çıxdıqdan sonra SMS göndərməklə öz yaşayış ərazilərinə qayıda bilib-bilməyəcəklərinə aydınlıq gətirib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, sədr müavini Nazirlər Kabinetinin qərarına əsasən, vətəndaşlar aprelin 5-dən SMS kodlarını qeyd etməklə yaşayış ərazilərini tərk edəcəklərini deyib:

"Qərarda digər zəruri hallar da göstərilib ki, bunlar həyati təhlükənin yaranması, hüquq-mühafizə orqanlarına çağırış və s-dir. Bu hallar arasında "şəhərdə qalmışam, rayona getməliyəm" halı yoxdur. Ümumilikdə, karantində qalanların öz yaşayış yerlərinə qayıda bilib-bilməyəcəyi məsələsi daha çox karantin rejimini tətbiq edən qurumlara və Nazirlər Kabineti yanında Operativ Qərargaha aiddir. Ola bilər ki, onlar bu məsələni əsaslandırmaqla, yaxud hər hansı tibbi müəssisəsindən arayış göstərməklə rahat şəkildə öz evlərinə qayıtsınlar".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838870.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR