Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı

Cənubi Koreyada koronavirusa yoluxanların sayı 10,2 min nəfərə çatdı
07:37 6 Aprel 2020
140 Digər
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada koronavirusa daha 47 yoluxma aşkarlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzi bildirib.
Qeyd edilir ki, bununla da ölkədə koronavirusa yoluxma halları 10 284-ə çatıb.
Qeyd edək ki, bu, 20 fevraldan indiyədək ölkədə COVD-19 infeksiyasına gün ərzində ən az yoluxma sayıdır. Ölkədə virusun yayılmasının pik həddi həmin vaxt başlayıb.
Mərkəzin məlumatına görə, ölkədə yeni virusdan ölənlərin sayı daha 3 nəfər artıb. Bununla da Cənubi Koreyada pandemiya qurbanlarının sayı 186-ya çatıb.
Ötən gün ərzində xəstəxanalardan 135 nəfər evə buraxılıb. Cənubi Koreyada koronavirusun yayılmasının başlanğıcından bu günə kimi ümumilikdə 6 598 insan sağalıb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreyada-koronavirusa-yoluxanlarin-sayi-10-2-min-nefere-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR